İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Suriyanın infrastrukturlarına dəfələrlə təcavüzü və Suriyanın Qolan bölgəsinin digər hissələrinin işğalını kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqai son iki gündə sionist rejimin Suriyanın infrastrukturlarına təkrar təcavüzünü və Suriyanın Qolan bölgəsinin digər bölgələrinin işğalını pisləyib, o rejimi dəstəkləyən Qərb ölkələrini sionist rejimin təcavüzkar hərəkətlərinin təsdiqi hesab edilən bu açıq-aşkar qanun pozuntusuna qarşı susqunluq və fəaliyyətsizliklərinə görə tənqid edib.
Bəqai Suriya ərazisinə hərbi hücumda sionist rejimin hərəkətinə işarə edərək, Suriya xalqının rejim dəyişikliyinin səbəb olduğu dəyişikliklərlə üzləşdiyi bir vəziyyətdə, bu təcavüz aktını BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib, təcavüzü dayandırmaq və işğalçı rejimi məsuliyyətə cəlb etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının dərhal reaksiya verməsini tələb edib.
İran XİN-nin sözçüsü Suriyanın Qolan təpələrinin işğalına toxunaraq, sionist rejimin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozmaq və işğalın əhatə dairəsini genişləndirmək hərəkətini işğalçı rejimin işğalçılıq və müharibə qızışdıran yanaşmasının, bütün beynəlxalq hüquqi qayda və normalara hörmətsizliyinin əlaməti adlandırıb, sionist rejimin bu ölkəyə qarşı təcavüzünün dayandırılması üçün bütün regional və beynəlxalq imkanlardan istifadə edilməsinin zəruriliyini vurğulayıb.