İran sionist rejimin Livana təcavüzlərini qətiyyətlə pisləyib

İran sionist rejimin Livana təcavüzlərini qətiyyətlə pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Livanın Beyrut şəhərinin Dahiya bölgəsinə təcavüzünü kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Bəqai sionist rejim tərəfindən atəşkəsin pozulması, Livanın ərazi bütövlüyü və suverenliyinə qarşı hücumlar və Livan vətəndaşlarının öldürülməsi və terror edilməsi ilə bağlı iki mindən çox hadisəyə toxunaraq, sionist rejimin Livana qarşı qəddar hücumlarını bütün beynəlxalq hüquq və insan haqları və qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirib və atəşkəs zaminlərinin sionist rejimin qəddarlıqları qarşısında hərəkətsizliyini təəssüf doğuran və onların bu mövzuda verdiyi vəd və razılaşmalarının etibarsızlığının əlaməti adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR