İranda sionist casuslar və casusluq şəbəkələri ilə əlaqəsi olan şəxslərin həbs dalğası davam edir.
Az.rasthaber.com xəbər verir ki, bu çərçivədə Qumda sionist rejimin casusluq şəbəkəsi ilə əlaqəsi olan daha 22 şəxs həbs edilib.
Mövzu ilə bağlı açıqlama verən Qum vilayətinin təhlükəsizlik və kəşfiyyat polisinin rəisi bu 22 şəxsin Sionist Rejim casusluq şəbəkəsi ilə əlaqələrinə görə ictimai rəyi xaosa təhrik etmək və Sionist Rejimi açıq şəkildə dəstəkləmək ittihamı ilə həbs olunduğunu elan edib.
Bundan əvvəl İranın cənubunda 9 nəfər Mossad ilə əlaqələrə görə həbs edilmişdi.
Son günlər sionist kəşfiyyat şəbəkəsinə ölkənin hər yerində ağır zərbələr endirilib.
Bundan əlavə, İran Milli Təhlükəsizlik Şurası aldadılan və çaşdırılan şəxslərə öz məlumat və avadanlıqlarını təhlükəsizlik və kəşfiyyat qüvvələrinə təhvil vermələri üçün vaxt verən bir bəyanat yayaraq, bu casusluq şəbəkələri ilə əlaqəsi olanların ən ağır cəzaya məruz qalacağı ilə bağlı xəbərdarlıq edib.