İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ayətullah Xameneinin çağırışına cavab verdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ayətullah Xameneinin çağırışına cavab verdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri Ayətullah Xameneinin çağırışına cavab verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi korona xəstəliyi problemi ilə mübarizə və bu problemin həlli məsələsində daha təsirli rollar və yeni müdafiə düzəni üçün silahlı qüvvələrin və səfərbər qüvvələrin imkanlarının səfərbər edilməsi və hazırlığın elan olunmasından xəbər verib.

 İslam İnqilabının Rəhbərinin dünən koronavirus xəstəliyinin tüğyanı və vəziyyəti, həmçinin bu sahədə xalqa yardım üçün silahlı qüvvələrin var gücü ilə meydana girməsinin önəmi barədəki televiziya müraciətindən sonra general-mayor Məhəmməd Baqeri belə deyib: "Silahı Qüvvələrin Ali Baş Komandanının göstərişinə ləbbeykdə, Ordu, Sepah, nizam-intizam qüvvələri və silahlı qüvvələrin digər iri məcmuələrinin komandanlarına elan olundu ki, fürsəti itirmədən tələb olunan hazırlıqları yaradaraq, əməliyyat proqramlaşdırmalarını gündəmə gətirsinlər."

Xəbəri paylaş

VİDEOLAR