İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi 1404-cü ildə “Ya Əli ibn Əbi Talib (ə)” şüarı ilə Silahlı Qüvvələr tərəfindən güc nümayişi şəklində silsilə təlimlərə başlanılmasını əmr edib.
Az.rasthaber.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri 1404-cü ildə “Ya Əli ibn Əbi Talib (ə.s)” şüarı ilə Silahlı Qüvvələr tərəfindən güc nümayişi şəklində bir sıra təlimlərə başlanılması barədə göstəriş verib.
İran xalqını Qədir-Xum bayramı münasibəti ilə təbrik edən general-mayor Baqiri bildirib ki, sözügedən təlimlərin məqsədi Silahlı Qüvvələrin müdafiə qabiliyyətini və çəkindirmə qabiliyyətini artırmaq və onların hazırlıq səviyyəsini qiymətləndirməkdir.
Məlumat verilib ki, bu təlimlər Silahlı Qüvvələrin illik təqvimində edilən dəyişikliklər və düşmənin hərəkət istiqamətləri nəzərə alınmaqla planlaşdırılıb və həyata keçiriləcək.