İran səfirindən Baydenə cavab: İsrail mütləq cəzalandırılacaq!

İran səfirindən Baydenə cavab: İsrail mütləq cəzalandırılacaq!

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədəki paylaşımında İrana “bunu etmə” deyən ABŞ prezidenti Baydenə reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Musəvinin yazısı belədir:

“- (hücum etmə)!

-Yaxşı Abbas ağa! İsrail bütün şərtlər altında mütləq cəzalandırılacaq”.

ABŞ prezidenti Co Bayden cümə günü (12 aprel) Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. İranın İsrailə "hər an hücum edə biləcəyini" deyən Bayden jurnalistlərə "Nə tez?" sualına isə “Mən etibarlı məlumat almaq istərdim, amma gözləntim odur ki, bu, hər an baş verə bilər” cavabını verib.

İrana “Bunu etmə” deyən Bayden davam belə davam edib: “Biz İsrailin müdafiəsinə sadiqik. İsraili dəstəkləyəcəyik. Biz İsraili müdafiə etməyə kömək edəcəyik və İran buna nail olmayacaq”.

Xəbəri paylaş

VİDEOLAR