İran səfiri Azərbaycanın baş nazirinin müavini ilə görüşüb

İran səfiri Azərbaycanın baş nazirinin müavini ilə görüşüb

İran və Azərbaycan Respublikası iqtisadi həmkarlıqların inkişafı sahəsində diplomatik səylər göstərirlər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İranın Bakıdakı səfiri Seyyeid Abbas Musəvi və Azərbaycan Respublikasının baş nazir müavini və iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayev dünən bir görüşdə iqtisadi əməkdaşlıqlar barədə danışıblar.

Görüşdə xüsusən iki dost və qonşu ölkənin əlaqə və əməkdaşlıqlarının genişləndirilməsi yolları, birgə layihələr, həmçinin iqtisadi və ticari sahələrdə qarşılıqlı əlaqələrin son durumu araşdırılıb.

Tərəflər bu ikisaatlıq görüşdə iki ölkənin iqtisadi əməkdaşlıqları yolunda mövcud olan maneələr, eləcə də hadisələr və irəliləyişlər barədə söhbət ediblər.

Həmçinin çərşənbə günü İran və Azərbaycan Respublikasının şose nəqliyyatı və yol xidmətləri təşkilatlarının məsul şəxslərinin online müzakirələri keçirilib.

Xəbəri paylaş

VİDEOLAR