İran Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq etməsinə münasibət bildirib

İran Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq etməsinə münasibət bildirib

“İran İslam Respublikası həmişə olduğu kimi və öz prinsipial mövqelərinə əsaslanaraq, beynəlxalq hüququn əsas qaydası kimi ölkələrin ərazi bütövlüyünə tam riayət edilməsinin və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsip və məqsədlərinə hörmət edilməsinin zəruriliyini vurğulayır.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Kənani keçirilən mətbuat konfransında jurnalistlərdən birinin Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya ilhaqı ilə bağlı sualını cavablandırıb və deyib ki, İran beynəlxalq hüququn əsas qaydası kimi ölkələrin ərazi bütövlüyü prinsipinə tam riayət edilməsinin istəyir.

Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra deyib: İran İslam Respublikası hesab edir ki, sülh, sabitlik və əmin-amanlıq yolunu poza biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək lazımdır.

“Təəssüf ki, NATO-nun ABŞ mərkəzli təxribatçı hərəkətləri nəticəsində yaranan Ukrayna müharibəsinin alovu hələ də yanmaqdadır, gərginliyin və münaqişənin azaldılması üçün göstərilən səylər bəzi maraqlı tərəflərin hərəkətləri ilə bağlıdır", deyə Kənani əlavə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonda vurğulayıb: İran İslam Respublikası Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün göstərilən istənilən səyi dəstəkləyir və bu prosesə kömək və yardım etməyə həmişə hazır olduğunu bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR