Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyanın Müdafiə naziri, İraq və Suriya ordularının baş qərargah rəisləri ilə telefon danışığında deyib: “Təkfirçi terrorçuların Livanda atəşkəslə eyni vaxtda Suriyaya hücumu Suriya və onun müttəfiqlərini və müqavimət oxunu zəiflətmək üçün Amerika-sionist planıdır.”
Az.rasthaber.com xəbər verir ki, General-mayor Məhəmməd Baqiri çərşənbə axşamı Rusiyanın Müdafiə naziri Andrey Belousov, İraq Ordusunun Baş Qərargah rəisi general Yarallah və Suriya Ordusunun Baş Qərargah rəisi general Əbdül Kərimlə ayrı-ayrılıqda telefon danışığında təkfirçi terrorçuların Suriyadakı bölgələrə hücumu ilə bağlı son hadisələri müzakirə edib.
Baqiri təkfirçi terror qruplarının Suriyaya hücumunun region üçün təhlükəli ssenarinin ilk addımı olduğunu vurğulayaraq deyib: “Bu hücumun sionist rejimin Livanla həssas atəşkəsi ilə üst-üstə düşməsi Suriyanı, onun müttəfiqlərini və müqavimət oxunu zəiflətmək üçün koordinasiyalı Amerika-sionist sui-qəsdinə dəlalət edir.”
Tərəflər Suriyanın qanuni hökumətinə qəti dəstək verməklə bağlı yekdil fikirlərini bildiriblər və Suriya Ordusuna dəstək üçün lazımi tədbirlərin görülməsinə qərar veriblər.
Sonda general-mayor Baqiri ilə Rusiya, İraq və Suriya ordularının yüksək rütbəli rəsmiləri Suriyanın qonşu ölkələrini təkfirçi terrorçulara dəstəyin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıblar.