İran, Rusiya və Çinin birgə dəniz təlimləri başladı

İran, Rusiya və Çinin birgə dəniz təlimləri başladı

İran, Çin və Rusiya Silahlı Qüvvələrinin birgə hərbi-dəniz təlimləri bu gün səhər saatlarında start götürüb.

Az.rasthaber.com "Mehr"-ə istinadən xəbər verir ki,  "Dəniz Təhlükəsizliyi Zonası" adlı təlimlər Hind okeanının şimal hissəsində keçirilir.

Qeyd edilir ki, İran tərəfindən manevrlərdə İslam İnqilabı Keşikçiləri Ordusunun və İran ordusunun HDQ hissələri iştirak edir.

"Proqrama əsasən, müxtəlif taktiki manevrlər, o cümlədən də yanan gəminin xilası, ələ keçirilmiş gəminin azad edilməsi və gündüz və gecə saatlarında dəniz hədəflərinə atəş manevləri nəzərdə tutulub", - deyə təlimlərin rəsmisi admiral Mustada Tacəddini bildirib.

Xəbəri paylaş

VİDEOLAR