İran rəsmisi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İran rəsmisi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İran xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı dünən videokonfrans vasitəsilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı dünən BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq ilə görüşüb.

Videokonfrans vasitəsilə keçirilən bu görüşdə Yəməndəki son hadisələr araşdırılıb və bu ölkədəki böhranın həlli yolları müzakirə edilib.

Xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı Səudiyyə Ərəbistanı ilə Ənsarullah arasında Sənada aparılan birbaşa danışıqlardan məmnunluğunu ifadə edərək, Yəmən xalqına humanitar yardımın çatdırılması yolunda mövcud maneələrin aradan qaldırılmasına çağırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndə sülh danışıqlarının irəliləməsi üçün BMT-nin həyata keçirdiyi tədbirləri izah edərək, tərəflər arasında etimadın yaradılması və razılığın əldə edilməsi üçün siyasi dialoqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR