İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyü ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, dünən Hindistanda keçirilən ŞƏT dövlət başçılarının iclasının Nyu-Dehli bəyanatına əsasən, İran Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub.
“Üzv dövlətlər İranın ŞƏT-ə tamhüquqlu üzv dövlət kimi qəbul edilməsinin tarixi əhəmiyyətini vurğuladılar”, - bəyanatda bildirilib.
Hüseyn Əmir Abdullahiyan Tiwtter vasitəsilə İranın ŞƏT-ə tamhüquqlu üzvlüyü ilə bağlı açıqlama verib.
“İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyü inklüziv xarici siyasət yürütmək, qonşuluq siyasətini gücləndirmək və Asiyaya baxmaq yolunda mühüm addımdır.
Əmir Abdullahiyan bəyan edib ki, İran ŞƏT-in 9-cu üzvü kimi təşkilatın məqsədlərinə çatmaq üçün əlindən gələni edəcək:
Çoxtərəflilik aparıcı dövlətlərin xarici siyasət və beynəlxalq əməkdaşlığın inkişafında əsas strategiyasıdır.