İran ərəb parlamentarilərinin Suriyaya səfərini alqışlayıb

İran ərəb parlamentarilərinin Suriyaya səfərini alqışlayıb

İran yüksək səviyyəli ərəb parlamentarilərindən ibarət nümayəndə heyətinin Suriyaya səfərini alqışlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Twitter” səhifəsində Ərəb Parlamentlərarası İttifaqının nümayəndə heyətinin Suriyaya səfərini dəyərləndirib.

Kənani bu açıqlamaları paylaşıb:

Ərəb ölkələri ilə Suriya arasında münasibətlərin açılması İslam həmrəyliyi istiqamətində müsbət addımdır.

Əslində, region ölkələri xarici güclərin iradəsindən asılı olmayaraq müstəqil milli yanaşma və real mövqe tutmaqla öz problemlərini dialoq və regional mexanizmlərlə həll edə bilər".

Xəbəri paylaş

VİDEOLAR