İran raketləri Aşdodu vurdu

İran raketləri Aşdodu vurdu

İrandan atılan ballistik raketlərin İsrailin cənubunda elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin enerji şirkətindən verilən açıqlamada İranın atdığı raketin ölkənin cənubundakı strateji elektrik stansiyasının yaxınlığında düşdüyü bildirilib.

Qeyd olunub ki, İranın cavab tədbirləri nəticəsində cənubda bir çox yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

İşğalçı İsrail dövlət televiziyası KAN-a danışan energetika naziri Eli Koen cənubda 8 min evdə elektrik kəsildiyini, ancaq bir neçə saat ərzində problemi həll edəcəklərini bildirib.

İran səhər saatlarından bəri ardıcıl 3 ayrı cavab hücumu həyata keçirib.

Yerli media ölkənin müxtəlif bölgələrində, xüsusən də İsrailin cənubundakı Aşdod şəhərində hücumların olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR