İran: Qəzzaya hücumların bərpası ABŞ üçün böyük qalmaqaldır

İran: Qəzzaya hücumların bərpası ABŞ üçün böyük qalmaqaldır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani deyib: Qəzzada 7 günlük atəşkəs rejiminin sona çatmasından sonra sionist rejimin törətdiyi qətllər ABŞ üçün böyük mənəvi qalmaqaldır.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani X hesabında bunları paylaşıb:

“7 günlük atəşkəs başa çatdıqdan sonra sionist rejimin Qəzzəyə 24 saat davam edən vəhşi hücumları nəticəsində 200-ə yaxın insan şəhid olub, 600-ə yaxın insan isə yaralanıb. “ABŞ-ın yaşıl işığı ilə yenidən başlayan bu hücumlar, 48 gündə 16 mindən çox fələstinlinin ölümünə səbəb olan dəhşətli qətllərə uzun bir müharibə cinayətləri, uşaq qətliamları və soyqırımlar siyahısı əlavə etmək üçün həyata keçirilib”.

Kenani öz paylaşımında “Bu, ABŞ üçün böyük qalmaqaldır və Vaşinqtonun insan haqlarının əsl üzünü dünyaya göstərdi” qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR