İran Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzənin təmizlənməsi və Amerika tərəfindən ələ keçirilməsi planını qətiyyətlə rədd edərək, belə bir fikrin ifadəsini təəccüblü və sionist rejimin Fələstini məhv etmək planına uyğun hesab edib.
Az.rasthaber.com xəbər verir ki, İsmayıl Bəqayi 5 fevral 2025-ci il çərşənbə gecəsi Qəzza xalqının Misir və İordaniyaya zorla köçürülməsi planının təklifindən sonra, Qəzzanın ələ keçirilməsi ilə bağlı Amerika hakimiyyətinin son mövqeyinə cavab olaraq, belə bir fikrin ifadəsini heyrətləndirici və sionist rejimin Fələstini məhv etmək planına uyğun hesab edib və onun beynəlxalq ictimaiyyət və BMT tərəfindən qətiyyətlə pislənməsini istəyib.
O, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə və onları işğal və aparteid boyunduruğundan azad etməyə kömək etmək üçün bütün hökumətlərin məsuliyyət daşıdığına işarə edərək, Amerika prezidentinin Qəzza zolağının ələ keçirmək niyyətində olması ilə bağlı son iddiasını beynəlxalq hüququn fundamental prinsiplərinə və BMT Nizamnaməsinə misli görünməmiş bir hücum kimi qiymətləndirdi. Şübhəsiz ki, son 76 ildə işğalçı rejimin ən ağır cinayətləri və təcavüzləri qarşısında dayanan və öz ata-baba yurdunu tərk etməkdən boyun qaçıran xalq Amerika və sionist rejimin başqa yollarla öz milli və tarixi kimliklərini məhv etməsinə imkan verməyəcək.