İran Quterreşə məktubunda Kanadanın SEPAH-ı terrorçu elan etməsi ilə bağlı hərəkətini pisləyib

İran Quterreşə məktubunda Kanadanın SEPAH-ı terrorçu elan etməsi ilə bağlı hərəkətini pisləyib

İran Quterreşə məktubunda Kanadanın SEPAH-ı terrorçu elan etməsi ilə bağlı hərəkətini pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu elan etməsi ilə bağlı Təhlükəsizlik Şurasının sədri və Birləşmiş Millətlər Təşkilatının Baş katibinə ünvanladığı məktubda bunu “qanunsuz, təhlükəli və siyasi motivli hərəkət” hesab edib və Kanadanın təxribatçı hərəkətinin SEPAH-ın terrorla mübarizə iradəsinə təsir etməyəcəyini vurğulayıb.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədri və BMT-nin Baş katibinə yazdığı məktubda bildirib: “Kanada qanunsuz, təhlükəli və siyasi motivli aksiyada İran İslam Respublikası Silahlı Qüvvələrinin rəsmi və Konstitusiyaya əsaslanan qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunu “terrorçu qrup” adlandırıb. Kanadanın İrana qarşı beynəlxalq hüququn norma, qayda və prinsiplərini sistematik şəkildə pozması ilk dəfə deyil.”

“İran İslam Respublikası SEPAH-ın terrorizm və ekstremizmlə mübarizədə, eləcə də regionumuzda sülh və sabitliyin qorunmasında mühüm rol oynadığına diqqət etməklə, Kanada hökumətinin bu qanunsuz və təxribat xarakterli hərəkətini qətiyyətlə pisləyir, onu İran İslam Respublikasına qarşı düşmənçilik aktı olmaqla yanaşı, regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilir” - deyə, İrəvani əlavə edib.

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı yazıb: “Fars körfəzi, Oman dənizi və onun hüdudlarından kənarda dəniz təhlükəsizliyini təmin edən İslam İnqilabı Keşikçiləri Korpusunun rolunu, vəzifələrini və missiyalarını nəzərə almaqla, Kanada hökuməti çox yaxşı bilir ki, bu məsuliyyətsiz və təxribatçı hərəkət gərginliyi artırır, artıq görünməmiş problemlərlə üzləşmiş bir bölgədə SEPAH qüvvələri ilə müstəqil və ya qondarma koalisiyanın bir hissəsi kimi Kanada silahlı qüvvələri arasında insident və toqquşma riskini artırır. Aydındır ki, Kanada, ABŞ və bu beynəlxalq qanun pozuntusunu açıq şəkildə dəstəkləyən ölkələrlə birlikdə bu cür ehtiyatsız davranışın bütün nəticələrinə görə tam məsuliyyət daşıyacaq.”

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb: “İran İslam Respublikası Kanada hökumətinin bu qeyri-qanuni hərəkətinə və ciddi qanun pozuntusuna cavab olaraq beynəlxalq hüquqa uyğun şəkildə müvafiq əks tədbirlər görmək hüququnu özündə saxlayır.”

O, həmçinin Təhlükəsizlik Şurasının müvəqqəti sədrindən gündəliyin 83-cü bəndinə əsasən bu məktubu Təhlükəsizlik Şurasının, eləcə də Baş Assambleyanın sənədi kimi qeydə almağı və yaymağı istəyib.

Xəbəri paylaş

VİDEOLAR