"Qərb obyektiv faktları inkar etməkdənsə, Fələstin xalqının insan haqlarını dəstəkləməlidir"
Az.rasthaber.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani öz Tvitter hesabında İsrailin işğal olunmuş ərazilərdə törətdiyi qətllərin artması ilə əlaqədar paylaşım edib.
Kənani paylaşımda belə qeyd edib:
"Çoxsaylı rəsmi beynəlxalq sənədlərə və insan haqları institutlarının çoxsaylı hesabatlarına əsasən, sionist rejim aparteid rejimidir və onun əlləri soyqırım, müharibə cinayətləri və bəşəriyyətə qarşı qətllər ilə ləkələnib.
Qərb hökumətləri obyektiv faktları inkar etməkdənsə, Fələstin xalqının insan haqlarını dəstəkləməlidir".