“Qafqazda sabitlik olmazsa regionun daimi təhlükəsizliyi mümkün olmayacaq. Ona görə İran İslam Respublikası öncə olduğu kimi, Qafqazda daimi sülhü təmin etmək üçün öz imkanlarını işə salır.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani Ermənistana səfəri çərçivəsində deyib.
O, Yerevanda Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşündə qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə edərkən Cənubi-Qafqazda sabitlik və sülh məsələsinə toxunub.
Şəmxani bildirib ki, Qafqazda sabitlik olmadan regionda daimi sabitliyi əldə etmək mümkün olmayacaq.
Onun sözlərinə görə İran Cənubi-Qafqazda daimi sülhü təmin etmək üçün imkanlarını işə salır.
Qeyd edək ki, İran mətbuatının məlumatına görə Şəmxani Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşəcək və daha sonra digər Qafqaz ölkələrinə gecəcək.