İran problematikası ilə bağlı onlayn-sammit, çətin ki, effektiv olsun.
Rasthaber Azərbaycan xəbər verir ki, rəsmi Tehran Rusiya prezidenti Vladimir Putinin İran mövzusu ilə bağlı onlayn-sammitin keçirilməsi təklifini gözdən keçirməyə hazırdır, lakin yekin qərarı sonra elan edəcək.
“Bütün tərəflər sammitin keçirilməsinə dair rəsmi sorğular əldə etdikdən sonra, biz (təşəbbüsün) gözdən keçirilməsinə tam ciddiyətlə yanaşacaq və nəticədə də öz qərarımızı elan edəcəyik”, – deyə İran rəsmisi Əli Rabii bildirib.
Həmçinin o deyib ki, İran problematikası ilə bağlı onlayn-sammit, çətin ki, effektiv olsun.
“Biz cənab Putinin gərginliyi azaltmaqla bağlı xoş niyyətlərini anlayırıq, lakin ABŞ hökuməti tərəfindən səmimiyətin olmadığı üçün bu cür görüşün effektiv olacağına şübhə ilə yanaşırıq”, – deyə o qeyd edib.
Rabii əlavə edib ki, “ola bilsin, ABŞ prezidenti yenidən təcrid olunacağına əmin olduğu üçün sammitdə iştirak” etməyəcək.
Xatırladaq ki, Putin daha öncə bildirib ki, Rusiya İranın nüvə proqramı ilə bağlı sazişə tam sadiqdir və o, yaxın zamanda BMT TŞ-a daimi üzv dövlətlərin başçılarının, həmçinin Almaniya və İran liderlərinin də iştirakı ilə onlayn-görüş keçirməyi təklif edib.