İran Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının icraçı direktoru İranın PUA düzəldilməsi sahəsində dünyada beşinci olduğunu bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadla bildirir ki, İran ordusunun briqada generalı Əfşin Xacefərd bu haqda danışıb.
"İran hazırda pilotsuz təyyarələr sahəsində qənaətbəxş vəziyyətə malikdir. Ölkələrin aviasiya döyüş qabiliyyətlərini dəyərləndirən beynəlxalq müəssisələr pilotsuz təyyarələr sahəsində digər ölkələr arasında İrana beşinci yeri veriblər.", -deyə bildirib.
General Xacefərd dünyanın hərbi cəhətdən güclü ölkələri arasında İranın on dördüncü yerinə işarə ilə söyləyib: "Bu yer, İranın hərbi qüdrətini göstərir."
İran Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Təşkilatının icraçı direktoru vurğulayıb ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi üçün İran İslam Respublikasının Silahlı Qüvvələri sanksiyaların ləğv edilməsi və ya edilməməsini gözləmirlər.
"Ölkənin çəkindiricilik qüdrətinin gücləndirilməsi üçün ehtiyac duyulan hər bir şey mütləq daxildə əldə olunacaqdır.", - İran ordusunun briqada generalı Əfşin Xacefərd əlavə edib.