İran prezidentliyə namizədlərin debatları başlayır

İran prezidentliyə namizədlərin debatları başlayır

13-cü İran prezident seçkilərinin ilk debatı bu gün (şənbə) Tehran vaxtı ilə saat 17: 00-da keçiriləcək.

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata əsasən, 13-cü prezident seçkilərinə namizədlər bu üç saatlıq debatda iqtisadi məsələləri müzakirə edəcəklər.

On üçüncü prezident seçkilərinin ikinci və üçüncü debatları 8 iyun çərşənbə axşamı və 12 iyun şənbə günü keçiriləcək.

Debatlar İranın radio və televiziyasında canlı yayımlanacaq.

Seçki debatlarının hər birinin müddəti üç saat olacaq.

İranın 13-cü prezident seçkiləri caril il iyunun 18-də keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR