İran prezidentinin Türkiyəyə səfəri gözlənilir

İran prezidentinin Türkiyəyə səfəri gözlənilir

İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.

“Belə bir səfər hazır idi. Müəyyən səbəblərdən səfər təxirə salındı. Hazırda danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək” - deyə Kalın müsahibəsində deyib.

O, səfərin konkret vaxtını açıqlamayıb.

Xəbəri paylaş

VİDEOLAR