BMT-nin Baş Assambleyası cümə axşamı günü Nyu-Yorkda İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və onlarla birlikdə helikopterin qəzaya uğraması nəticəsində şəhid olanların xatirəsini anma mərasimi keçirib və yenə BMT-nin Baş Assambleyasında iştirak edənlər ayağa qalxaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Az.rasthaber.com xəbər verir ki, bu mərasim İranın şəhid Prezidenti və Xarici İşlər nazirinin, eləcə də onlarla birlikdə helikopter qəzasında şəhid olanların xatirəsini yad etmək məqsədilə bu gün, 30 mayda müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilir.
BMT-nin Baş Assambleyası helikopter qəzasından sonra ilk iclasında İranın şəhid Prezidenti Ayətullah Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və onlarla birlikdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurası və Qoşulmama Hərəkatının səfirləri də ilk iclaslarında bu faciənin şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.