İran Prezidenti Səudiyyə Ərəbistanına səfər edib

İran Prezidenti Səudiyyə Ərəbistanına səfər edib

İran prezidenti Seyid İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Ər-Riyada gedib.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi sionist rejimin hücumunun dayandırılması, Qəzzanın blokadasının qaldırılması və humanitar yardımların bölgəyə çatdırılması üçün keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.

İbrahim Rəisinin digər ölkələrin liderləri ilə görüşü gözlənilir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rəisinin Ər-Riyad səfəri ilə bağlı aşağıdakı açıqlamaları verib:

"Bu gün Qəzza məsələsinin əhəmiyyətinə görə Ər-Riyadda İslam və Ərəb ölkələri liderlərinin fövqəladə birgə sammiti keçiriləcək. Hörmətli prezidentimiz görüşdə mühüm təkliflər verəcək. Netanyahu, ABŞ-ın tam dəstəyinə baxmayaraq, Qəzzada müqavimətə qarşı müharibədə ikinci böyük məğlubiyyətini aldı".

Qeyd edək ki, sionist rejimin Qəzzanın müdafiəsiz xalqına qarşı vəhşi və qanlı hücumlarından sonra prezident Rəisi İslam ölkələrinin bu məsələdə dəqiq mövqe nümayiş etdirməsi üçün təcili iclas keçirməyə çağırıb. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında telefon diplomatiyasından sonra təşkilat üzvləri bu gün Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Ər-Riyadda bir araya gələcək.

Xəbəri paylaş

VİDEOLAR