İran prezidenti Azərbaycana tezliklə səfər edəcək

İran prezidenti Azərbaycana tezliklə səfər edəcək

İran prezidenti Məsud Pezeşkian Azərbaycana dövlət səfəri edəcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İslam Respublikasının Azərbaycandakı səfirliyindən bildirilib.

Məsud Pezeşkianın səfəri çərçivəsində iki ölkənin biznes forumu da keçiriləcək.

Bundan başqa, bir sıra sənədlər də imzalanacaq.

KİV-lərin məlumatına görə, səfərin bu ay baş tutması gözlənilir.

Xatırladaq ki, ötən gün Azərbaycan və İran prezidentlər arasında telefon danışığı olub. Həmçinin bu gün İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Bakıda prezident İlham Əliyevlə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR