İran Prezidenti Ayətullah Rəisinin ilk mətbuat konfransı

İran Prezidenti Ayətullah Rəisinin ilk mətbuat konfransı

İranın yeni prezidenti ilk mətbuat konfransını keçirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Rəisi İranın xarici siyasətinin nüvə sazişilə sərhədli qalmayacağını bildirib: ABŞ-ın Tehrana qarşı bütün sanksiyalarını ləğv etməklə bağlı məsuliyyətini yerinə yetirməlidir.

Ayətullah Rəisi İran xalqının seçkilərə göstərdiyi aktivliklə bağlı “Xalqın koronavirus pandemiyasına və düşmənin psixoloji müharibə yaratmasına baxmayaraq seçkilərə qatılması dünya üçün önəmli bir mesajdır.”, - deyə bildirib.

“Mesajlardan biri milli birlik və vəhdir. Digər mesaj da xalqın iqtisadi durumunu və yaşam şəraitini dəyişdirmə ehtiyacı idi. İran millətinin mesajı korrupsiya və yoxsulluqla, ayrıseçkiliklə mübarizə etmək və bir kəlmə ilə həyatın hər sahəsində ədaləti təmin etməkdir. İran millətinin mesajı, şanlı İslam İnqilabının dəyərlərində israr etmək və başda Şəhid General Süleymani olmaqla İmam Xomeyninin və şəhidlərin yolunu davam etməkdir.”, -deyə Ayətullah Rəisi əlavə edib.

İran prezidenti daxili siyasətlə bağlı isə belə deyib: “Bu hökümətdəki prioritetlərimiz iş durumunu və xalqın yaşayış şərtlərini yaxşılaşdırmaq olacaqdır. Hökümətdəki durum təsirli idarəetmə sistemilə yaxşılaşdırılacaqdır. Ölkədə zaman zaman bir çox inkişafı əngəlləyən bürokratiyaya da son verilməsi lazımdır.”

Hökümətin korrupsiya ilə mübarizə proqramını açıqlayan Rəisi “Vəzifəyə başlayacağım ilk gündə bütün korrupsiya və gəlir gətirən platformaların dayandırılması, bu mexanizmlərin hökümət tərəfindən yenidən qurulmasını bildirəcəyik.”, -deyə bildirib. (http://az.rasthaber.com

Rəisi xarici siyasətlə bağlı suala “Xarici siyasətdə bütün ölkələrlə geniş və balanslı bir əlaqələr izləyirik. Milli qazancların zəmanət altına alındığı hər cür müzakirəyi dəstəkləyirik.”, -deyə cavablayıb.

Nüvə müzakirələrinin xalq üçün xeyir verməsini əsas tutacaqlarını deyən Rəisi “Embarqo və sanksiyaları ləğv etmək və rabitə qurmaq üçün müzakirələri davam etdirəcəyik.”, - bildirib.

Rəisi müzakirələrin ABŞ tərəfindən pozulduğunu önə çəkərək deyib:  “ABŞ gərək İrana qarşı bütün sanksiyaları ləğv edə. Avropa Birliyi də verdiyi sözlərə əməl etmədi.”

Xəbəri paylaş

VİDEOLAR