İran polisi son iğtişaşlarda 2,827 döyüş silahı ələ keçirdiyini bildirib

İran polisi son iğtişaşlarda 2,827 döyüş silahı ələ keçirdiyini bildirib

“Polis son iğtişaşlarda 2,827 döyüş silahını aşkarlayaraq ələ keçirib.”

Az.rasthaber.com xəbər verir ki, bu barədə İranın Hərbi-təhlükəsizlik  Məlumatları Qoruyan Təşkilatı (Fəraca) bəyanat verib.

Bəyanatda bildirilib ki, “son iğtişaşlarda 2,827 döyüş silahı, 5,487 üsyan və ov silahı aşkaralanaraq ələ keçirilib.”

Əlavə edilib ki, ümumilikdə 8,314 silah təşkilatmış qaçaqmalçılardan əldə edilib.

Bu bəyanatda bildirilib ki, “ölkənin təhlükəsizlik qurumları beynəlxalq müstəvidə hegemonluq edənin, sionist rejiminin, separatçıların, Münafiqin təşkilatının və şah rejimi tərəfdarlarının ölkə daxilindəki təhlükəsizliyə xələl gətirmək, iğtişaş yaratmaq və sair addımlarını puça çıxarıb.”

Xəbəri paylaş

VİDEOLAR