İran: PKK terrorçuları ölkə ərazisində yoxdur

İran: PKK terrorçuları ölkə ərazisində yoxdur

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qüvvələrinin komandanı Türkiyənin iddiasını cavablandırıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qüvvələrinin komandanı bir Türkiyə rəsmisinin PKK ünsürlərinin İran İslam Respublikası ərazisində olmaları iddiasına reaksiyada bu iddianı əsassız adlandıraraq təkzib edib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlar iddia etmişdi ki, İranın şimal-qərbində bir qrup PKK ünsürü var.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı birqada generalı pasdar Mohəmməd Pakpour  İran-Türkiyə sərhədlərinin durumuna toxunub. General qeyd edib ki, müştərək sərhədlərdə iki ölkənin silahlı qüvvələri arasında olduqca yaxşı və faydalı anlaşmalar mövcuddur.

General Pakpour bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu qüdrət, izzət, həmçinin dəqiq və hərtərəfli sayıqlıqla sərhədlərdə lazımi təhlükəsizlik və əhatəlilik yaradıb.

"Gözlənilir ki, dost və qonşu Türkiyə ölkəsinin rəsmiləri sərhəd hadisələri barədə hər cür media bəyanatından öncə rəsmi kanallar vasitəsilə hadisənin düzgünlüyündən əminlik əldə etdikdən sonra İran İslam Respublikası ilə əlaqə quracaq və nəzərdə tutulan mexanizmlər əsasında bu kimi məsələləri izləyəcəklər", -deyə o əlavə edib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qüvvələrinin komandanı terror ünsürlərinin İran İslam Respublikası ərazisində iştirakını qırmızı xətlərdən adlandıraraq deyib: "Bu məsələ Tehran üçün dərkolunasıdır ki, qruplaşmaların Türkiyə daxilindəki son əməliyyatları bu ölkə rəsmilərinin üzərində təzyiqin yaranmasına səbəb olub və onları bu kimi iddialar irəli sürməyə məcbur edib."

Xəbəri paylaş

VİDEOLAR