İran Ordusu cavab əməliyyatı çərçivəsində İsrailə doğru onlarla pilotsuz uçuş aparatı (PUA) atıb.
Az.rasthaber.com xəbər verir ki, İran PUA-larının böyük əksəriyyəti hədəflərini vurub.
Ərəb mediası İrana məxsus PUA-nın ilk dəfə Dəmir Qübbə üzərindən keçərək İsraili vurduğunu bildirib.
İşğalçı ordudan verilən açıqlamada, saat 11:15-də Negevdə verilən xəbərdarlığın ardından İrandan İsrailə doğru atılan PUA-nın təsbit edildiyi bildirilib.
Bildirilib ki, PUA-nın qarşısını almaq üçün cəhdlər edilib, lakin onun qarşısını almaq mümkün olmayıb. PUA-nın Bet Şeanda iki mərtəbəli binaya çırpıldığı və ölənlərin olmadığı iddia edilib.