İran peyvəndinin heç bir mənfi təsiri olmayıb

İran peyvəndinin heç bir mənfi təsiri olmayıb

İran səhiyyə nazirinin müavini deyib ki, ötən 24 saat ərzində İran məhsulu olan anti-koronavirus vaksini vurulmuş şəxslərdə heç bir mənfi əlamət müşahidə olunmayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Əlireza Rəisi bu gün İran-Press informasiya agentliyi ilə müsahibədə koronavirusa qarşı İran peyvəndinin istehsal edilməsinin önəmi və üzərlərində test olunmuş şəxslərin bu vaksinə reaksiyası ilə bağlı bildirib ki, ikinci test on dörd gündən sonra həyata keçiriləcək.

İran səhiyyə nazirinin müavini deyib: "Koronavirusa qarşı İran peyvəndi testinin üçüncü etapı 28 gündən sonra reallaşacaq və inyeksiyadan alınan nəticələr müsbət olarsa, bu vaksin gələn yaz fəslində iri həcmdə istehsal ediləcək."

Xəbəri paylaş

VİDEOLAR