İran parlamentinin sədri Putinlə görüşüb

İran parlamentinin sədri Putinlə görüşüb

Sankt-Peterburq şəhərində səfərdə olan İran İslami Məşvərət Şurası Məhəmməd Baqir Qalibaf Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Şurası Məclisinin üzvü Məhəmməd Baqir Qalibaf Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BRİKS Parlament Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Putin bildirib ki, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkyanın andiçmə mərasimində iştirak edəcək.

Rusiya lideri bəyan edib ki, Tehranla Moskva arasında möhkəm münasibətlər əvvəlki kimi davam edəcək.

“İran İslam Respublikası BRİCS qrupunun rəsmi üzvü olub və biz buna çox şadıq”, - deyən Putin ölkəsinin İranın BRİCS-ə üzvlüyünü dəstəklədiyini bildirib.

Putin Qalibafdan onun səmimi salamlarını İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə çatdırmağı xahiş edib.

Görüş zamanı Qalibaf “Qərbin təktərəfliliyinə mütləq son qoyulacaq” deyib.

Xəbəri paylaş

VİDEOLAR