İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb

İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Beyrutda Livanın baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qalibaf bu həftənin əvvəlində İsrailin hava hücumlarına məruz qalan Beyruta baş çəkdiyini bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi İsrailin bu ölkənin cənubunda həyata keçirdiyi quru hərbi əməliyyatı fonunda Livanla həmrəyliyi ifadə etməkdir.

Agentlik qeyd edib ki, Qalibaf sentyabrın sonunda qatil İsrailin Hizbullaha qarşı hücumlarınən intensivləşməsindən sonra Beyruta səfər edən ikinci yüksək rütbəli İran rəsmisidir. İlk belə səfəri İranın xarici işlər naziri Abbas Əraqçi edib.

Xəbəri paylaş

VİDEOLAR