İran Parlamentinin sədri Bağdad terrorunu pislədi

İran Parlamentinin sədri Bağdad terrorunu pislədi

İran parlamentinin sədri bir mesajda İraqdakı terror hərəkətlərini və bir qrup İraq vətəndaşının öldürülməsi və yaralanmasını pisləyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dünən gecə İraq parlamentinin sədri Muhəmməd Əlhəlbusiyə mesajında Bağdad terror partlayışlarında bir qrup İraq vətəndaşının həyatını itirməsi münasibətilə başsağlığı verib və bu hərəkəti kəskin tərzdə pisləyib.

Qalibaf bildirib ki, İran İslam Respublikası keçmişdə olduğu kimi terrorizmlə mübarizədə İraqla həmkarlığı və bu ölkəyə qətiyyətli dəstəyini davam etdirəcək.

"İran İslam Şurası Məclisi nəhs terrorizm fenomeni ilə mübarizəyə qanuni zəminlər yaratmaq üçün lazım olan həmkarlıq və məşvərətə hazırdır.", -deyə o əlavə edib.

Qeyd edək ki, Bağdadda dünən terror zamanı 35 nəfər ölüb, 150 nəfərdən çox insan yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR