İran Parlamentinin deputatı koronavirusdan dünyasını dəyişib

İran Parlamentinin deputatı koronavirusdan dünyasını dəyişib

Deputat Tehran xəstəxanalarının birində reanimasiya şöbəsində vəfat edib

Rasthaber "Səhər TV"yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl koronavirus infeksiyasına yoluxduğu üçün Tehran xəstəxanalarının birində reanimasiya şöbəsində müalicə alan, İran parlamentində Həmədan vilayətinin  "Bahar və Kəbudərahəng" seçki dayrəsini təmsil edən İsa Cəfəri bu gün dünyasını dəyişib.

Bundan əvvəh Tehran xalqının təmsilçisi Fatimə Rəhbər və Gilan vilayətinin Astaneyi Əşfəriyyə seçki dairəsinin təmsilçisi Məhəmməd Əli Ramazani də koronavirus xəstəliyindən həyatlarını itirib.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən verilən məlumata görə, hazırkı dövrədək İranda 260 min nəfər koronavirusa yoluxublar, onlardan 222 mindən çoxu sağalaraq, xəstəxanalardan evə buraxılıb, 13 min nəfər isə bu virusun qurbanı olub.

Xəbəri paylaş

VİDEOLAR