Tehranın sabiq meri və tanınmış siyasətçi bu posta yiyələnib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Parlamentinin bugünki iclasında açıq səsvermə zamanı Tehranın sabiq meri və tanınmış siyasətçi Məhəmməd Baqir Qalibaf 240 deputatdan 231-in dəstəyini alıb.
Qeyd edək ki, M.B.Qalibaf 2008-ci ildən parlamentin sədri postunu tutan Ə.Laricanini əvəz edəcək.
Həmin səs vermə nəticəsində Məşhəd əhalisinin vəkili Əmir Hüseyn Qazizadə Haşimi birinci müavin, Ərdəbil əhalisinin nümayəndəsi Əli Nikzad Sümərin isə ikinci müavin kimi seçilib.
Parlamentin sabiq sədri Əli Laricani isə Ayətullah Xamenenin müşaviri vəzifəsinə təyin olunub.