İran parlamenti nüvə anlaşmasındakı birtərəfli qərarlara son verdi

İran parlamenti nüvə anlaşmasındakı birtərəfli qərarlara son verdi

İran İslam Şurası Məclisinin sədri sanksiyaların ləğvi üzrə «strateji fəaliyyət» planının qəbul edilməsini birtərəfli yolun sonu adlandırıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf deyib: "Qərblilər əmin olsunlar ki, nüvə anlaşmasındakı öhdəliklərinə əməl etməyəcəkləri zamanadək İran bu yolu davam etdirəcəkdir" .

İran İslam Şurası Məclisinin üzvləri "Sanksiyaların Ləğv Edilməsi və İran Xalqının Hüquqlarının Qorunması üzrə Strateji Fəaliyyət" layihəsinin külliyatı və detallarını qəbul ediblər.

Məhəmməd Baqer Qalibaf məclisin açıq iclasında qeyd olunan layihənin qəbul edilməsindən razılıq ifadə edərək deyib: "Bir neçə ildir ki, Tehran nüvə anlaşmasına əsasən, birtərəfli öhdəlikləri icra edir, amma qərbli tərəflər öz öhdəliklərindən heç birinə sadiq qalmayaraq, bu öhdəliklərə əməl etməyiblər" .

Qalibaf bildirib ki, İranın öhdəlikləri yerində qalırdı, amma onların qarşılığında Qərbin öhdəlikləri icra edilmirdi. O, sonra belə qeyd edib: "İran İslam Şurası Məclisi birtərəfli yoldakı hər hansı qərara son qoydu və əlbəttə, bu layihədə nüvə anlaşmasındakı öhdəliklərinə əməl etmələrindən ötrü qərblilər üçün bir fürsət yaradılıb." .

"Sanksiyaların Ləğv Edilməsi və İran Xalqının Hüquqlarının Qorunması üzrə Strateji Fəaliyyət" layihəsi doqquz maddədən ibarətdir.

Xəbəri paylaş

VİDEOLAR