İran Parlamenti İqtisadiyyat nazirinə etimad göstərmədi

İran Parlamenti İqtisadiyyat nazirinə etimad göstərmədi

İslami Şura Məclisinin nümayəndələri İqtisadi İşlər və Maliyyə naziri Əbdülnasir Himmətiyə etimad səsi verməyiblər və Himməti millət vəkillərinin 182 əleyhinə səsi ilə İqtisadiyyat naziri vəzifəsindən azad edilib.

Az.rasthaber.com xəbər verir ki, İslami Şura Məclisinin bu günkü (bazar günü 2 mart) açıq iclasında millət vəkilləri İqtisadiyyat və Maliyyə nazirinə qarşı impiçment təklifinə baxıblar. İclasda impiçment tərəfdarı olan millət vəkilləri əvvəlcə öz fikirlərini bildiriblər, daha sonra Prezident Himmətini müdafiə edib.

Günortadan sonrakı iclasda Əbdülnasir Himmətinin çıxışından sonra səsvermə prosesi başlayıb. Millət vəkilləri 182 lehinə, 89 əleyhinə, 1 bitərəf və 1 etibarsız səslə Himmətinin impiçmentini təsdiqləyiblər və o, İqtisadiyyat naziri vəzifəsindən azad edilib.

Xəbəri paylaş

VİDEOLAR