İran öz yerli raketi ilə 3 peyki kosmosa göndərib

İran öz yerli raketi ilə 3 peyki kosmosa göndərib

İran Müdafiə Nazirliyinin hazırladığı “Simurq” raketi ilə kosmosa 3 tədqiqat peyki göndərib.

Az.rasthaber.com xəbər verir ki, “Mehda”, “Keyhan-2” və “Hatef-1” adlı üç peyk ilk dəfə yerli raketlə eyni vaxtda kosmosa göndərilib.

Peyklər ölkənin Simnan əyalətindəki İmam Xomeyni (r) Peyk Mərkəzindən buraxılıb.

Yerli raketlərlə kosmosa buraxılan peyklərin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirmə mərhələsi uğurla başa çatıb.

Bu yaxınlarda İranın “Sürəyya” adlı yeni peyki Kaim-100 raketi ilə kosmosa uğurla buraxılıb.

İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran, Nur-1 adlı ilk hərbi peykini 2020-ci ilin aprelində kosmosa çıxarıb.

İran üçüncü hərbi kəşfiyyat peyki “Nur-3”ün 2023-cü ildə orbitə çıxarıldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR