İran Ordusunun komandanı: Sionist rejim tezliklə güclü və qətiyyətli cavab alacaq

İran Ordusunun komandanı: Sionist rejim tezliklə güclü və qətiyyətli cavab alacaq

İran İslam Respublikası Ordusunun baş komandanı deyib: “Sionist rejim tezliklə güclü və qətiyyətli cavab alacaq və buna heç bir şübhə yoxdur.”

Az.rasthaber.com xəbər verir ki, General-mayor Seyid Əbdül Rəhim Musəvi çərşənbə günü Bəndər Abbasda deyib: “Son aylarda biz gördük ki, sionist rejim cinayətkar Amerika və Qərb hökumətlərinin dəstəyi ilə etdiyi bütün cinayət əməlləri ilə yanaşı, jurnalistləri də qətlə yetirir. Son bir neçə ayda Qəzzədə jurnalist missiyası zamanı 170-dən çox jurnalistin həyatını itirdiyi və şəhid olduğu təxmin edilir.”

İran İslam Respublikası Ordusunun baş komandanı sionist cinayətkarlar tərəfindən terror edilən İsmayıl Həniyyənin şəhadəti ilə bağlı başsağlığı verərək deyib: “Dünən onun yerinə bu çağdaş dövrün böyük mücahidlərindən olan Yəhya Sinvar adlı xüsusi bir şəxsiyyət təyin olundu. Bu seçim Fələstin mücahidlərinin və HƏMAS-ın hansı yolla davam etmək istədiklərini göstərir və bu yolda sionist rejim öz gələcəyinə qətiyyən ümid etməsin. İnşallah, sionist rejimin məhvini görəcəyik.”

General-mayor Musəvi səy və fədakarlıq olmadan uğur əldə etməyin mümkünsüzlüyünü qeyd edərək deyib: “Sionist rejim tezliklə güclü və qətiyyətli cavab alacaq və buna heç bir şübhə yoxdur. Bütün bunlar onu göstərir ki, heç bir qanuna əməl etməyən cinayətkar dəstə həyasızcasına bütün qanunlara, inanclara, adət-ənənələrə zidd olan belə axmaq əməllərə əl atırsa, deməli, onlar özlərinin məhv olma sürətini yaxşı anlayıblar və bu hərəkətləri ilə özlərini bataqlıqdan xilas etmək istəyirlər, lakin qətiyyən özlərini xilas edə bilməyəcəklər.”

Xəbəri paylaş

VİDEOLAR