İran Ordusunun yaydığı bəyanatda “İndiyə qədər biz müharibəyə yol açmaq istəmirdik, lakin ordu İnqilab Keşikçiləri Korpusu ilə birlikdə Netanyahuya acı dərs verəcək” deyilir.
Az.rasthaber.com bəyanatın tam mətnini təqdim edir:
"Qaniçən və amansız sionist rejim İran İslam Respublikası ərazisinə qarşı hava hücumu edib və ölkəmizin bir çox məntəqələrinə hücum edib. İndiyə qədər biz müharibəyə yol açmaq istəmirdik, lakin ordu İnqilab Keşikçiləri Korpusu ilə birlikdə bu iyrənc uşaq qatillərinin təcavüzünə və vətəndaşlarımızın günahsız qanının tökülməsinə dözməyəcək və Netanyahuya acı dərs verəcək.
Dəyərli insanlarımız öz soyuqqanlılığını, sakitliyini qorumalıdır. Bu rejimin agentləri tərəfindən yayıla biləcək hər hansı şayiələrə fikir verməsinlər.
Onlar hərbi bazalara yaxınlaşıb İnqilabçı Rəhbərimizin verdiyi ümumi məsuliyyəti yerinə yetirmək üçün anı gözləməlidirlər. Hazırda ordu və onun döyüş qüvvələri səmada döyüşür".