İran İslam Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə dəstək məsələləri üzrə müşaviri General Hüseyin Dehqan France 24-ə deyib
İran İslam Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə dəstək məsələləri üzrə müşaviri, İslam İnqilabının rəhbərinin nüvə silahı istehsalının və istifadəsinin qadağan olduğu barədə fətvasına toxunaraq deyib: "İran İslam Respublikası heç vaxt öz müdafiə qabiliyyətini nüvə silahına bağlamayıb və bu sahədə heçdə çalışmayacaq."
Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata əsasən xəbər verib, General Hüseyin Dehqan, Fransa 24 telekanalının İngilis bölməsinə verdiyi müsahibədə İran İslam Respublikasının hər zaman Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etdiyini və dünyada NPT-yə imza atan nadir ölkələrdən biri olduğunu vurğulayaraq deyib: "Biz heç vaxt nüvə silahının inkişafına doğru bir addım atmamışıq. O, həmçinin əlavə edib: "Nüvə silahlarının istehsalına qadağa İslam İnqilabının Ali Rəhbərinin dini bir fətvasıdır; İran İslam Respublikası kütləvi qırğın silahlarının və hər şeydən əvvəl nüvə silahlarının istehsalına, yığılmasına və istifadəsinə qarşı çıxır."
General Dehqan müsahibənin digər hissəsində deyib ki, bütün dünya bilir ki, atom bombası istehsal edən, saxlayan və istifadə edən ölkə yalnız ABŞ olmuşdur. Əslində, Soyuq Müharibə ölkələrin nüvə silahı istehsalına doğru irəliləməsi nəticəsində meydana gəldi və həmin ölkələr bu addımı çəkindirmə adlandırdılar.
İran Silahlı Qüvvələrinin Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə dəstək məsələləri üzrə müşaviri Hərtərəfli ortaq fəaliyyət planı (BƏRCAM) ilə bağlı bir suala cavab olaraq isə "Rəsmi ABŞ bu sahədə hər bir iddia etmədən öncə, Hərtərəfli müştərək fəaliyyət palnı ilə bağlı əldə edilmiş razılaşmay qeyd-şərtsiz geri dönməlidir və bununla bağlı olaraq bank, sığorta və s. mövzularda İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməliddir. Bu baş verərsə, İranda öz öhdəliklərinə qayıdacaqdır.", -deyə cavab verib.