İran ordusu 200-dən çox PUA-nı silahlanmaya daxil edib

İran ordusu 200-dən çox PUA-nı silahlanmaya daxil edib

İran ordusu 200-dən çox pilotsuz uçuş aparatını silahlanmaya daxil edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, orduya 200-dən çox uzaqmənzilli strateji pilotsuz uçuş aparatı təhvil verilib.

İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin ordu ilə birgə layihələndirdiyi və istehsal etdiyi 200-dən çox strateji pilotsuz uçuş aparatının təqdimatı mərasimi ölkənin bir sıra bölgələrində keçirilib.

Xəbəri paylaş

VİDEOLAR