İran nüvə danışıqlarına yenidən qayıda bilər

İran nüvə danışıqlarına yenidən qayıda bilər

İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran dövlət telekanalına müsahibəsində bu barədə danışıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, o qeyd edib ki İran xalqının maraqlarını qarşılayacaq danışıqları yüksək qiymətləndiririk. Bu səbəbdən nüvə danışıqlarından imtina etmədik, etməyəcəyik. 13 -cü hökumət İran və xalqının maraqlarının təmin olmasına töhfə verəcək danışıqları hər cür addımı atmaqda hazırdır”.

ABŞ Prezidenti Co Baydenin 27 Avqustda Ağ Evdə İsrail Baş naziri Naftali Bennett ilə görüşündə “Diplomatiya ilə uğur əldə edilməzsə” başqa variantlara müraciət etməyə hazırıq” ifadəsinə münasibət bildirən Abdullahiyan, ABŞ-nın İran əleyhinə təhdidamiz sözlərdən imtina etməməsi halında danışıqlardan nəticə əldə edilməyəcəyini Avropa İttifaqına bildirdiklərini qeyd edib.

Abdullahiyan Vyanada nüvə danışıqlarına yenidən nə vaxt başlayacağına dair ünvanlana suala: “Qarşı tərəf İranda yeni hökumətin formalaşması üçün iki və ya üç aya ehtiyac olduğunun idrakındadır. Buna görə planlarını hazırlaya bilər. Lakin hökumətin və Xarici İşlər Nazirliyinin gündəmində olacaq əsas mövzulardan biri nüvə danışıqları olmaqda davam edəcək”- deyə vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR