İran: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz

İran: Nüvə anlaşması yenidən müzakirə oluna bilməz

İranın xarici işlər naziri deyib ki, nüvə anlaşması yenidən müzakirə oluna bilməz.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İranın xarici işlər naziri  Məhəmməd Cavad Zərif cümə axşamı günü gecə ABŞ dövlət katibinin müavini vəzifəsini tutmağa seçim olan Vendi Şermanın İranla nüvə anlaşması barədə yenidən müzakirələrin aparılması haqdakı sözlərinə reaksiya verib.

"Nüvə anlaşması yenidən müzakirə oluna bilməz.", - deyə Zərif qeyd edib.

İran İslam Respublikasının xarici işlər naziri tvitterdə Şermanın "Qərbi Asiya bölgəsi 2021-ci ildə dəyişib və yeni şərait nəzərə aIınmaqla nüvə anlaşması barədə İranla müzakirələr həyata keçirilməlidir" ifadəsinə işarə ilə yazıb: "Əgər 2021-ci il, nüvə anlaşmasının imzalandığı 2015-ci il kimi deyildirsə, onda hazırkı şərait də BMT Təhlükəsizlik Şurasında veto haqqının qəbul edildiyi 1945-ci il kimi deyildir."

Zərif sonra 1945-ci ilə nisbətən 2021-ci ildə şəraitin dəyişməsinə əsasən, yazıb: "Bəs onda gəlin, BMT nizamnaməsini dəyişək və əksər hallarda Amerika tərəfindən sui-isitfadə olunan veto haqqını ləğv edək."

İranın xarici işlər naziri bildirib ki, nüvə anlaşması yenidən müzakirə oluna bilməz. O, Amerikanı nüvə anlaşmasını yerinə yetirməyə üz tutmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR