İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Hollandiyada Qurani-Kərimin təhqir edilməsini kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Kənani deyib:
"Hollandiya hökumətinin dünyanın iki milyarddan çox müsəlman əhalisinin dini dəyərlərinin və müqəddəsliklərinin təhqir olunmasının qarşısını almaq məsuliyyətini dərk edərək, ifadə azadlığı adı altında həyata keçirilən bu kimi mənfur əməllərin təkrarlanmasının qarşısının alınması gözlənilir."
Sentyabrın 23-də Hollandiyanın Haaqa şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin, o cümlədən Türkiyənin səfirliklərinin qarşısında Qurani-Kərimin nüsxəsini cırıb.
İran Xarici İşlər Nazirliyi bu hücumu qətiyyətlə pisləyib və bu bəyanatı verib:
“Müqəddəs kitabımız Qurani-Kərimi hədəf alan alçaq hücumları qəti şəkildə pisləyirik. Dinimizi və müsəlmanları alçaltmaq məqsədi daşıyan bu təxribat xarakterli hücumların Avropa ölkələrində tolere edildiyi və ifadə azadlığı adı altında bu nifrət xarakterli hərəkətlərə yol verilməsini pisləyirik.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən dini nifrət və beynəlxalq hüququn pozulması kimi qəbul edilən bu təxribatlara qarşı hücumların edildiyi ölkələr tərəfindən indi təsirli tədbirlər görülməlidir”.