İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və müharibə dövrünün mühüm simalarından olan Möhsün Rizai İsrailə qarşı əməliyyatlarla bağlı açıqlama verərək, “Sionist rejim cəzalandırılana və təslim olana qədər mübarizədən əl çəkməyəcəyik” deyib.
Az.rasthaber.com ISNA-ya istinadən xəbər verir ki, Rizai X sosial media platformasındakı hesabında aşağıdakı ifadələrdən istifadə edib:
"Əziz və möhtərəm İran xalqı, siz son aylarda İslam İnqilabının Ali Rəhbərinin, dövlətinin və komandirlərimizin hücumlar qarşısında səbrinin və ABŞ-la danışıqlarda ciddi iştirakının yaxından şahidi oldunuz. Lakin Amerika xoş niyyət və məntiq əvəzinə ən fədakar övladlarımızın Netanyahu tərəfindən öldürülməsinə göz yumaraq ölkəmizə öz zülmkar tələblərini qoymağa çalışdı."
Rizai açıqlamasına davam edərək deyib: "İndi səbrimiz sona çatdı. Təcavüzkar sionist rejimini sərt və dağıdıcı bir qisas gözləyir. Bu gecədən etibarən biz onları cəzalandırıb təslim olana qədər səylərimiz və mübarizəmiz davam edəcək".