İranda müdafiə təyinatlı məhsulların istehsalı və ixracı ötən illə müqayisədə bir neçə dəfə artıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri briqada generalı Məhəmməd Rza Aştiani bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə müdafiə təyinatlı məhsulların istehsalı 3 dəfə, ixrac isə 5 dəfə artıb.
Aştiani deyib ki, İran Silahlı Qüvvələri bütün sahələrdə, xüsusilə pilotsuz təyyarələrin istifadəsi və istehsalı sahəsində yaxşı vəziyyətdədir.
“Düşmənlər də İranın pilotsuz təyyarə sənayesinin əla vəziyyətdə olduğunu etiraf edirlər”, - o qeyd edib.