İran Moqadişodakı terror hücumunu pislədi

İran Moqadişodakı terror hücumunu pislədi

İran XİN sözcüsü Somalidə törədilmiş terror hücumunu pisləyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Somalinin paytaxtı Moqadişoda törədilmiş terror hücumunu pisləyib.

Seyid Abbad Musəvi bu vəhşicəsinə cinayətin qurbanlarının ailələri, həmçinin Somali hökuməti və xalqına dərin hüznlə başsağlığı verib.

Şənbə günü Somalinin paytaxtı Moqadişoda bomba qoyulmuş bir avtomobiln partlaması nəticəsində 90 nəfərdən çox insan ölüb, onlarla nəfər də yaralanıb.

Terror aktını üzərinə götürən olmasa da, terrorun İŞİD və "Əl Qaidə"yə bağlı terrorçular tərəfindən həyata keçirildiyi ehtimal verilir.

Xəbəri paylaş

VİDEOLAR