İran: Misirlə diplomatik əlaqələr qurmağa hazırıq

İran: Misirlə diplomatik əlaqələr qurmağa hazırıq

İran hökumətinin sözçüsü Əli Bahadiri Çəhromi bəyan edib ki, Tehran hökuməti Qahirə ilə diplomatik əlaqələr qurmağa hazırdır.

Az.rasthaber.com xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadiri Çəhromi bu gün keçirdiyi mətbuat konfransında Tehran-Qahirə münasibətləri ilə bağlı mühüm açıqlama verib.

Çəhromi bəyan edib ki, Tehran hökuməti Qahirə ilə diplomatik əlaqələr qurmağa hazırdır:

"İslam İnqilabının Rəhbərinin şərhindən sonra respublika prezidenti Xarici İşlər Nazirliyinə bununla bağlı lazımi tədbirlərin görülməsinə göstəriş verib".

Ayətullah Xamenei dünən Oman Sultanı Heysəm bin Tariq ilə görüşündə Misirlə diplomatik əlaqələrin yaxşılaşdırılmasına toxunub.

İran-Misir münasibətləri ilə bağlı Ayətullah Xamenei deyib: “Biz bu məsələni alqışlayırıq və bu məsələ ilə bağlı heç bir problemimiz yoxdur”.

Xəbəri paylaş

VİDEOLAR